AZ

Cənubi Koreyada hərbi helikopter qəzaya uğrayıb

Yazını böyüt
Yazını kiçilt

Cənubi Koreyada hərbi helikopterin qəzaya uğraması nəticəsində iki nəfər ağır xəsarət alıb.

Hafta.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Məlumata görə, hadisə Gyeonggi əyalətinin Qapyeong qraflığı ərazisində baş verib.

Helikopter Seuldan təxminən 55 kilometr şimal-şərqdə qəzaya düşüb.

Agentliyin yazdığına görə, helikopterin göyərtəsində olan iki nəfər ağır yaralanıb və təcili tibbi yardım göstərilməsi üçün tibb müəssisəsinə aparılıb.

Hadisənin səbəbləri araşdırılır.

Seçilən
15
2
hafta.az

3Mənbələr