AZ

KİV: İsrail İrana təkbaşına zərbə endirə bilər ABŞ xəbərdar edilib

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"İsrailin yüksəkvəzifəli hərbi rəsmiləri amerikalı həmkarları ilə son müzakirələrdə İranın ballistik raket layihələrinin Təl-Əviv üçün nüvə proqramından heç də az təhlükə yaratmadığını bəyan ediblər. İsrail lazım gələrsə, İrana qarşı təkbaşına hərəkət etməyə hazır olduğu barədə Vaşinqtona xəbərdarlıq göndərib".

Oxu.Az xəbər verir ki, bunu "The Jerusalem Post" nəşri təhlükəsizlik qurumlarındakı mənbələrinə istinadən yazıb.

Məlumata görə, Təl-Əviv İranın İsrailin mövcudluğunu təhdid edən miqyasda strateji silah sistemlərini yenidən qurmasına icazə verməyəcəyini və öz hərəkət istiqamətini seçmək hüququnu saxladığını vurğulayıb.

Nəşr qeyd edib ki, İsrailin hərbi rəsmiləri əsas istehsal müəssisələrinə zərbələr də daxil olmaqla, raket proqramının effektivliyini azaltmaq üçün əməliyyat konsepsiyalarını ABŞ nümayəndələri ilə bölüşüblər.

"İsrail İran daxilindəki vəziyyəti daim izləyir. ABŞ rəsmilərinə deyilib ki, Tehran ballistik raketlər üçün müəyyən etdiyi qırmızı xətti keçərsə, təkbaşına zərbə endirəcəyik" - deyə, nəşri məlumatlandıran mənbə bildirib.

Xəbərdə qeyd olunur ki, Təl-Əvivin hərbi təmsilçiləri hazırkı anı İranın raket infrastrukturuna əhəmiyyətli zərbə vurmaq, İsrail və qonşu dövlətlərə qarşı aktiv təhdidləri neytrallaşdırmaq üçün "tarixi fürsət" hesab edirlər.

Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, nümayişçilər paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
oxu.az

1Mənbələr