AZ

Futbol tarixində belə qalmaqal olmamışdı: "İçimə cin girib" dedi və...

Futbol dünyası mövsümün ən qəribə transfer hekayələrindən birinə şahid olub.

Publika.az xəbər verir ki, Mərakeş təmsilçisi “Vidad” yarımmüdafiəçisi Həmzə Sahi Rusiyanın “Orenburq” klubuna keçidini pozub və buna səbəb kimi içinə cin girdiyini bildirib.

Kasablanka klubu artıq futbolçunun satışını razılaşdırmışdı. Bu transfer bütün tərəflər üçün sərfəli idi. Mərakeşlilər rəhbərliklə münaqişə səbəbindən uzun müddətdir oynamayan futbolçudan qazanc əldə edə bilərdi, Sahi isə karyerasını bərpa etmək şansı qazanırdı. Üstəlik, “Orenburq”da onun həmyerlisi və keçmiş komanda yoldaşı Fahd Mufi çıxış edir.

Lakin həlledici anda transfer gözlənilməz şəkildə pozulub. Rusiya KİV-lərinin məlumatına görə, Sahi qəfil telefonunu söndürüb və bir neçə gün ərzində yoxa çıxıb. Daha sonra futbolçu yoxluğunu mistik səbəblərlə izah edərək, cin təsiri altında olduğunu iddia edib.

Bununla paralel olaraq oyunçu müqavilə şərtlərini dəyişməyə cəhd göstərib. O, “Orenburq”a daha sonra, artıq azad agent statusunda keçməyə söz verib, lakin əvvəl razılaşdırılandan yüksək maaş tələb edib.

Seçilən
17
50
publika.az

10Mənbələr