AZ

Rusiyada 70 mindən çox hindistanlı işləyir

Newscenter.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiyada hindistanlı işçilərin sayı 70 mini keçib. Bu rəqəm gələcəkdə daha da artacaq. Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiyanın Hindistandakı səfiri Denis Alipov bildirib."Müxtəlif mənbələrə görə, hazırda Rusiyada 70 mindən çox hindistanlı çalışır. Hesab edirəm ki, biznes ictimaiyyətinin qarşılıqlı marağı artdıqca və əldə edilən razılaşmalar həyata keçirildikcə bu rəqəm artacaq. Daha dərindən baxdıqda, bu proses insanlar arasında daha intensiv təmaslara və dolayısı ilə humanitar, kommersiya əlaqələrinin genişlənməsinə səbəb olacaq", - deyə o bildirib.Rusiya diplomatik missiyasının rəhbərinin sözlərinə görə, Hindistanla dialoqda əmək mobilliyinə getdikcə daha çox diqqət yetirilir. O əlavə edib ki, bu prosesin şəffaf və tənzimlənmiş, eləcə də milli qanunvericiliyə uyğun olmasını təmin etmək üçün tənzimləyici çərçivənin hazırlanması tələb olunur. Anar

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
1
newscenter.az

2Mənbələr