AZ

Google həyəcan təbili çalır: köhnə Android smartfonlar risk altındadır

ain.az bildirir, Bizimyol portalına istinadən.

Android cihazlarının təxminən 40 faizi artıq kritik təhlükəsizlik yeniləmələri almır.

Bizimyol.info xəbər verir ki, bu barədə "Google" məlumat verib.

Bildirilir ki, bu da dünya üzrə bir milyardadək istifadəçinin şəxsi məlumatlarının təhlükə altında qalması deməkdir.

Problem əsasən Android 12 və daha köhnə versiyalarla işləyən smartfonlara aiddir. Bu cihazların böyük əksəriyyəti 2021-ci ildə və ya daha əvvəl istehsal olunub. Belə telefonlar zərərli proqramlar və casus proqram təminatı qarşısında daha həssasdır.

Şirkətin açıqlamasına görə, hazırda cihazların yalnız 57,9 faizi Android 13 və ya daha yeni versiyalarda işləyir, ən son Android 16 isə cəmi 7,5 faiz qurğuda quraşdırılıb.

"Google" köhnə model telefon sahiblərinə, hətta orta seqmentə aid olsa belə, müntəzəm təhlükəsizlik yeniləmələri alan yeni bir smartfon almağı düşünməyi tövsiyə edir. Mütəxəssislər vurğulayırlar ki, "Google Play Protect" xidməti sistemin köhnə versiyalarında yalnız məhdud səviyyədə qoruma təmin edir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
icma.az

1Mənbələr