AZ

Marta qədər kim çatdırıb edə bilsə, bəxti gətirdi Bəhrəsini yayda görəcək

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qışın son günləri meyvə ağacları üçün həlledici mərhələ sayılır. Bu dövrdə atılan kiçik addımlar yazda ağacın sağlamlığını müəyyənləşdirir. Fevralın sonu, martın əvvəlinədək ağac gövdələrinin əhənglənməsi məsləhət görülür. Sadə görünən bu qulluq zərərvericilərin qarşısını alır, xəstəlik riskini azaldır.Demokrat.az xəbər verir ki, ağac gövdələrində yosun, göbələk təbəqəsi və həşərat sürfələri yığılır. Yaz mövsümündə bu qatlar zərərvericilər üçün ideal gizlənəcək yerə çevrilir. Əhəngləmə isə yüksək qələvi təsiri ilə həmin canlıların böyük hissəsini məhv edir, gövdəni təmizləyir.Əhəng çəkilmiş gövdə günəş şüalarını geri qaytarır. Bu da gündüz isinib gecə kəskin soyuma nəticəsində qabıqda yaranan çatların qarşısını alır. Xüsusilə şaxtalı bölgələrdə bu amil ağacın don zədələrindən qorunmasında mühüm rol oynayır.Ekspertlərin sözlərinə görə, əhəngləmə vaxtında aparıldıqda yaz aylarında kimyəvi dərmanlara ehtiyac xeyli azalır. Ağac mövsümə daha güclü və sağlam daxil olur.Ən uyğun vaxt ağaclar hələ tumurcuqlanmamış dövrdür. Yağışsız, quru gün seçmək vacibdir. Fevralın sonu və ya ən gec martın əvvəlinə qədər gecikməmək tövsiyə olunur, çünki havalar isindikcə zərərvericilər aktivləşir.Tətbiq zamanı əvvəlcə gövdə sərt fırça ilə təmizlənir, yosun və qabıq qalıqları aradan qaldırılır. Ardınca əhəng su ilə qarışdırılıb torpağa yaxın hissədən əsas budaqların başlanğıcına qədər çəkilir.Əhəngləmə hər ağac üçün məcburi sayılmır. Amma meyvə ağaclarında və zərərvericilərin çox olduğu bağlarda bu üsul öz effektini aydın göstərir. Eyni zamanda həddindən artıq tətbiqin torpağın balansını poza biləcəyi də nəzərə alınmalıdır.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
46
demokrat.az

1Mənbələr