AZ

Ərp tutmuş çaydanı güzgü kimi edir Ləkələri bir saniyədə çıxarmağın ən ucuz yolu

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mətbəxdə hər gün istifadə etdiyimiz çaydanların bir müddət sonra içərisi ərp bağlayır, çölü isə ilkgünkü parlaqlığını itirir. Bu həm göz zövqümüzü oxşamır, həm də dəmlənən çayın dadını tamamilə dəyişir. Əslində dükandan alınan kimyəvi təmizləyicilərə ehtiyacı yoxdur, çünki mətbəxdəki sadə ərzaqlarla da çaydanı əvvəlki halına qaytarmaq mümkündür.Demorkat.az xəbər verir ki, ən çox işə yarayan yollardan biri sirkə və duz qarışığıdır. Çaydana bir xörək qaşığı duz və bir stəkan sirkə töküb, üzərinə su əlavə edərək 10-15 dəqiqə qaynatmaq lazımdır. Su qaynadıqca dibdəki kalsium qalıqlarının necə yumşalıb əridiyini özünüz görəcəksiniz. Sonda təmiz su ilə yaxalamaq kifayətdir.Əgər evdə limon duzu varsa, bu da ərpi təmizləmək üçün ideal variantdır. Bir xörək qaşığı limon duzunu su ilə birgə qaynatmaq həm polad, həm də emallı çaydanları içəridən tərtəmiz edir. Yanıq izləri və daha dərin qaralmalar üçün isə iri duzla sirkəni qarışdırıb çaydanın həm içini, həm də çölünü sürtmək olar. Xüsusən odun təsirindən qaralan alt hissələr bu üsulla yenidən işıldayır.Bir az daha aktiv reaksiya istəyənlər üçün karbonat və sirkə cütlüyü köməyə çatır. Bu iki vasitə bir araya gələndə köpüklənərək ərpi yerindən oynadır. Matlaşmış metal səthi parlatmaq üçün isə limon qabığından istifadə etmək olar. Limonun qabığı ilə çaydanın xaricini ovub, bir az gözlədikdən sonra quru əski ilə silmək metalı güzgü kimi edir.Köhnə nəsildən qalan alma və kartof qabığı üsulu da hələ də öz effektini itirməyib. Qabıqları su ilə birlikdə 10 dəqiqə qaynatmaq çaydanın metalını canlandırır. Əslində bütün bu zəhmətlərə qatlaşmamaq üçün hər istifadədən sonra çaydanı qurutmaq və həftədə bir dəfə limon duzu ilə profilaktik qaynatmaq kifayət edir ki, o illərlə öz yeniliyini qorusun.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
demokrat.az

1Mənbələr