AZ

Astara sakinlərinin zibil problemi: Tullantılar kanalların yollarını bağlayır - VİDEO

Astara rayonunun Şahağac kəndində suötürücü kanalların vətəndaşlar tərəfindən zibilləndiyi deyilir. Zibil tullantıları kanalların yollarını bağlayır. Nəticədə su həyətyanı sahələrə dolur.
 
Kənd sakinləri Baku TV-yə bildiriblər ki, tullantıları alternativ üsulla özlərinə məxsus həyətyanı sahələrdə zərərsizləşdirirlər.
 
Sakinlərdən biri mövcud vəziyyəti belə şərh edib:
 
"Kanallar zibillə doludur. Keçən il bələdiyyə traktor gətirib oranı təmizləmişdi, amma yenə eyni vəziyyətdir. Bunu millət özü edir, zibili kanala atırlar".
 
Məsələ ilə bağlı Astara rayonu, Şahağac bələdiyyəsinin sədri məsələyə aydınlıq gətirərək qeyd edib:
 
"Aydın məsələdir ki, bu zibil buraya başqa kəndlərdən gətirilib tökülmür. Kənd şəraitində yaşadığımıza görə, hər bir vətəndaş tullantıları öz həyətində alternativ yollarla zərərsizləşdirməlidir. Lakin bəzi sakinlər zibili bilərəkdən kanala tökürlər. Biz dəfələrlə həmin əraziləri təmizləmişik".

 

Seçilən
54
1
moderator.az

2Mənbələr