Bakı. Trend:
Türkiyənin "Fənərbağça" komandası futbolçusu Anderson Talişkailə yeni müqavilə imzalayıb.
Trend-in məlumatına görə, bu barədə klubun rəsmi saytındabildirilib.
Məlumata əsasən, braziliyalı hücumçunun sözləşməsinin müddəti2028-ci ilin yayınadək uzadılıb.
Qeyd edək ki, Anderson Talişka 2025-ci ilin yanvar ayından"Fənərbağça"da çıxış edir.