AZ

Ukrayna ordusu daha bir kəndi Rusiya işğalçılarından azad etdi...+VİDEO

Moderator.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ukrayna ordusunun cənub müdafiə qüvvələri Zaporojye vilayətindəki Ternuvatoye kəndinin tam nəzarətdə olduğunu bildirib. 

Moderator.az-ın "Korrespondent" nəşrinə istinadla verdiyi xəbərə görə, müdafiəçilər Ukrayna bayrağı ilə müvafiq bir video yayımlayıblar.

Döyüşçülər qeyd ediblər ki, ruslar bəzən Zaporojyedəki Ternuvatoyedə etdikləri kimi, "bir saatlıq qələbələr" və ya məşhur "bayraqlar"ın görüntülərini internetdə paylaşırlar.

"Hərbçilərimiz bu məlumatı təkzib edirlər. Ukrayna Silahlı Qüvvələri Ternuvatoyedədir, öz işlərini görürlər. Ternuvatoye bizimdir, Ukraynanındır!", - deyə müdafiəçilər bəyanatda vurğulayıblar.

Hərbçilər həmçinin rusları təslim olmağa çağırıblar və Ukraynanın kənd üzərində nəzarətini vurğulayıblar.

Bundan əvvəllər "DeepState"-ın "OSINT" layihəsi  də guya ruslar tərəfindən işğal edildiyi bildirilən Zlaqoda kəndinin (Dnepropetrovsk vilayətinin Sinelnikovski rayonu) əslində Mark Bezruçok adına 110-cu əlahiddə mexanikləşdirilmiş briqadanın nəzarəti altında olduğunu bildirib.

Xatırladılır ki, Ukrayna Silahlı Qüvvələrinin batalyon komandiri Roman Kovalyov Rusiya işğalçıları tərəfindən "işğal edildiyi" iddia edilən Kupyansk-Uzlovının mərkəzindən də videomesaj lentə alıb.

S.Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
moderator.az

2Mənbələr