Göygöldə 40 yaşlı kişini bıçaqlayaraq öldürüb dərəyə atan şəxs saxlanılıb.
Ekologiya.az-ın məlumatına görə, rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin törətməkdə şübhəli bilinən Göygöl rayon Mollacəlilli kənd sakini 41 yaşlı Rasim Quliyev saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, fevral ayının 4-ü Mollacəlilli kənd sakini 1986-ci il təvəllüdlü Saqib Quliyevin meyiti kənd ərazisində tapılıb.
APA
Hazırda faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.