AZ

Livanda yaşayış binası çöküb, ölən və yaralananlar var YENİLƏNİB

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Livanın şimalındakı Tripoli şəhərinin Təbbənə bölgəsində köhnə bir binanın uçması nəticəsində doqquz nəfər ölüb, altı nəfər yaralanıb.

APA xəbər verir ki, Livan mediasının məlumatına görə, beşmərtəbəli bina hələlik məlum olmayan səbəblərdən uçub.

***

01:28

Livanın şimalındakı Tripoli şəhərində köhnə beşmərtəbəli binanın çökməsi nəticəsində çoxlu sayda yaralı və tələfat qeydə alınıb.

APA “əl-Cəzira”ya istinadən xəbər verir ki, hadisə nəticəsində dağıntılar altında qalanları çıxarmaq üçün intensiv xilasetmə əməliyyatları davam edir.

Məlumata görə binanın çökməsi bazar günü günortadan sonra baş verib. İlkin məlumata görə, sakinlər və xilasetmə qrupları dağıntılar altından dörd nəfəri sağ çıxara biliblər və itkin düşmüş digər şəxslərin axtarışı davam edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
apa.az

3Mənbələr