AZ

Maklaren riskə gedir?

"Maklaren"in yeni mövsümə yanaşması artıq müzakirələr yaradıb.

İdman.Biz xəbər verir ki, komanda 2026 texniki reqlamentini tam sıfırlanma kimi qiymətləndirir və tələsik böyük yeniləmələr tətbiq etmək əvəzinə maşını daha yaxşı anlamağa üstünlük verir.

Komanda rəhbəri Andrea Stella Barselonadakı testlərin ilk iki gününü buraxmağın əvvəlcədən planlaşdırıldığını deyib. Məqsəd yarımçıq detalların tələsik trasa çıxarılması yox, bazada inkişaf üçün daha çox vaxt qazanmaq idi.

Texniki direktor Rob Marşall da testlərlə ilk yarış arasındakı dövrdə iri yeniləmələrin gözlənilmədiyini bildirib. Onun sözlərinə görə, tamamilə yeni konsepsiyaya malik bolidi anlamaq aqressiv modernləşmədən daha vacibdir.

Yeni güc qurğusu, şassi və aerodinamikanın eyni anda mənimsənilməsi komandalar üçün ciddi çətinlik yaradır.

Qeyd olunur ki, bəzi komandalar fərqli yol seçib. Məsələn, "Ferrari" test mərhələsində əhəmiyyətli yeniliklər təqdim etməyə hazırlaşır.

Beləliklə, əsas sual açıq qalır: ehtiyatlı strategiya "Maklaren"ə titulu qorumağa kömək edəcək, yoxsa komanda radikal dəyişikliklər fonunda geri qalacaq?

İdman.Biz
Seçilən
54
1
idman.biz

2Mənbələr