Bazar günü Portuqaliyada keçirilən prezident seçkilərinin ikinci turunun ilk rəsmi nəticələrinə görə, Sosialist Partiyasının namizədi Antonio Jose Seguro seçkilərdə qələbə qazanıb.
APA xəbər verir ki, səslərin 99%-i sayılandan sonra Seguronun səs payı 66,7%, rəqibi Venturanın səs payı isə 33,33% olub.
"Portuqaliya xalqının bu gün verdiyi mesaj, azadlığa, demokratiyaya və ölkəmizin gələcəyinə sadiqliyi təbii ki, məni həyəcanlandırır. Millətimizlə qürur duyuram", - Seguro deyib.
***
03:06
Portuqaliyada Sosialist Partiyasının namizədi Antonio Joze Seguro prezident seçkilərinin ikinci turunda liderdir.
APA xəbər verir ki, bu barədə Portuqaliyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, bülletenlərin təxminən 69%-i sayıldıqdan sonra Seguro səslərin 63,39%-ni toplayıb.
Onun rəqibi, sağçı Çeqa partiyasının lideri Andre Ventura isə 36,61% səs toplayıb.