AZ

Azərbaycan karateçiləri gənclər arasında Avropa çempionatında medallar qazanıblar

Bakı. Trend:

Kipr Respublikasının Limasol şəhərində 6-8 fevral 2026-cı iltarixlərində gənclər arasında idman karatesi (WKF) üzrə Avropaçempionatı uğurla başa çatıb.

Azərbaycan Karate Federasiyasından Trend-ə vrilən məlumata görə, Federasiyanınmilli komandası nüfuzlu Avropa çempionatında yüksək nəticələrgöstərərək müxtəlif yaş və çəki dərəcələrində medallar qazanıb.

U18 yaş kateqoriyasında kata üzrə çıxış edən Salman Salmanovbürünc medala layiq görülüb. Kumite yarışlarında isə -66 kq çəkidərəcəsində Cansu Əhmədzadə, -61 kq çəki dərəcəsində Rəvan Abasovbürünc medal qazanıblar. -55 kq çəki dərəcəsində mübarizə aparanVüsal Qənbərov gümüş medala sahib olub. -68 kq çəki dərəcəsindəçıxış edən Ələddin Məlikov isə bütün rəqiblərini məğlub edərəkqızıl medal qazanıb və fəxri kürsünün ən yüksək pilləsinəyüksəlib.

U21 yaş kateqoriyasında ölkəmizi təmsil edən Aslan Dostuyev -60kq çəki dərəcəsində bürünc medal əldə edib.

Avropa çempionatı çərçivəsində keçirilən görüşlərdə AzərbaycanKarate Federasiyasının beynəlxalq dərəcəli hakimləri; CahangirBabayev, Rənad Əliyev, Vüqar Kərimov, Mais Mədətov və SeymurMəmmədov ədaləti layiqincə qoruyublar.
Qeyd edək ki, Azərbaycan milli komandası Avropa çempionatındaAzərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadovun, U18milli komandasının baş məşqçisi Anar Allahverdiyevin, U21 millikomandasının baş məşqçisi Elnur İbrahimin və kata üzrə baş məşqçiköməkçisi İsmayıl Quliyevin rəhbərliyi altında iştirak edib.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
63
1
az.trend.az

2Mənbələr