Argentinanın sahilləri yaxınlığında aparılan elmi tədqiqatlar zamanı son dərəcə nadir dəniz canlısı — nəhəng “xəyal meduza” kameraya düşüb.
"Ölkə.az" xəbər verir ki, görüntülər dünyanın aparıcı elmi qurumlarından biri olan Schmidt Ocean Institute tərəfindən yayımlanıb. Söhbət elmi ədəbiyyatda Stygiomedusa gigantea adı ilə tanınan, dərinliklərdə yaşayan və çox az müşahidə edilən meduza növündən gedir.
Alimlərin məlumatına görə, bu canlı son 110 ildən artıq müddətdə cəmi təxminən 130 dəfə qeydə alınıb. Onun diametri 11 metrədək, çadırlarının uzunluğu isə 10 metrədək çata bilir ki, bu da onu Yer üzündə ən iri meduzalardan birinə çevirir.
Böyük ölçülərinə və qorxuducu görünüşünə baxmayaraq, “xəyal meduza” insan üçün təhlükəli deyil. O, sancmır və əsasən plankton və xırda balıqlarla qidalanır.
Yayımlanan video kadrlar meduzanın demək olar ki, yadplanetli görünüşü səbəbindən sosial şəbəkələrdə qısa müddətdə viral olub və elm dünyasında da geniş maraq doğurub.(musavat.com)