Nigeriyanın Kano ştatında baş verən yol qəzasında 30-dan çox insan ölüb, çoxlu sayda insan yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə "Daily Post" qəzeti ştatın qubernatoru Abba Yusifə istinadən bildirib.
İlkin məlumatlara görə, Kvanar-Barde yaşayış məntəqəsi yaxınlığında, Qudjunqu şəhərinə aparan magistral yolda sürücünün diqqətsizliyi səbəbindən insanları daşıyan treyler qəzaya düşüb.