AZ

Bunu səhərlər içsək, ömrümüz 2 ilə qədər uzana bilər

Son vaxtlar yayılan araşdırmalar və mütəxəssis rəyləri səhər saatlarında bəzi içkilərin sağlamlığa ciddi töhfə verdiyini göstərir.

Milli.Az xəbər verir ki, iddialara görə, bu vərdiş ömrü 1-2 ilə qədər uzatmağa kömək edə bilər.

Mütəxəssislər xüsusilə şəkərsiz qəhvə, yaşıl çay və ya ilıq sunun səhərlər içilməsini tövsiyə edirlər. Araşdırmalara əsasən, bu içkilər maddələr mübadiləsini sürətləndirir, ürək-damar sağlamlığını dəstəkləyir, orqanizmdə iltihabı azaldır və ümumi enerjini artırır.

Xüsusilə şəkərsiz qəhvə və yaşıl çayın tərkibində olan antioksidantların uzunmüddətli istifadədə xroniki xəstəliklərin riskini azaltdığı bildirilir. Məhz bu amillər ömrün uzanması ilə əlaqələndirilir.

Qeyd olunur ki, nəticə insanın ümumi həyat tərzindən, qidalanmasından və fiziki aktivliyindən də asılıdır. Tək bir içki möcüzə yaratmasa da, sağlam vərdişlərin bir hissəsi kimi mühüm rol oynaya bilər.

Bu mövzu sosial şəbəkələrdə də geniş maraq doğurub və istifadəçilər səhər rutini ilə bağlı təcrübələrini bölüşürlər.

Hüseyn
Milli.Az

Seçilən
84
2
milli.az

3Mənbələr