AZ

İranda etirazçıları dəstəkləyən bir neçə siyasi xadim saxlanılıb

İranda yanvar ayında etirazçıları dəstəklədiyinə görə bir neçə siyasi xadim saxlanılıb.

"Far.Az" xəbər verir ki, bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.

"Tehran prokuroru yanvar ayında baş verən terror aktlarını (İran hakimiyyətinin iğtişaşları belə adlandırır - Qeyd) ağlasığmaz şəkildə ört-basdır edən və ölkənin təhlükəsizliyinə təsir edən siyasi və media hərəkatının üzvlərini cinayət törətməkdə ittiham edib", - deyə açıqlamada deyilib.

Bundan əlavə, siyasi xadimlərin İsrail və ABŞ-ı dəstəklədiyi bildirilib.

Qeyd olunub ki, söhbət İran İslahat Cəbhəsinin son rəhbəri Azər Mənsuri, İran Xarici İşlər Nazirliyinin keçmiş sədr müavini Möhsün Əminzadə, eləcə də siyasi karyerasının əvvəlində 1979-cu ildə Tehrandakı ABŞ səfirliyini ələ keçirən iranlı tələbələr qrupunun liderlərindən biri olan siyasi fəal və üçüncü çağırış (1988-1992) parlament üzvü İbrahim Əsgərzadədən gedə bilər.

Seçilən
65
far.az

1Mənbələr