AZ

"Gecə ayılıb gördüm ki, zəif səslə məni çağırır"

"Retro Baku" verilişinin yeni buraxılışı vaxtilə Baku TV-də çalışmış, 2024-cü ildə insult keçirərək dünyasını dəyişən jurnalist Sərxan Kamallıya həsr olunub.

Publika.az xəbər verir ki, "Baku" TV-nin əməkdaşı Xəyal Orucoğlu mərhum həmkarı ilə bağlı xatirələrini bölüşərək həmin günləri belə xatırlayıb:

"Günlərin birində eyni növbəni bölüşdüyümüz vaxt mən bir az özümü narahat hiss edirdim, başım ağrıyırdı. Uşaqlardan xahiş etdik ki, təzyiqölçəni gətirsinlər. Təzyiqimi ölçəndə gördüm ki, 130-dur və özümü heç yaxşı hiss etmirəm. Bu əsnada Sərxan gülə-gülə gəlib dedi ki, onu mənim də qoluma taxın, görüm təzyiqim neçədir. Təzyiqini ölçəndə gördük ki, 200-ün üzərindədir. Bu qədər yüksək təzyiq hər birimizi heyrətə gətirdi ki, Sərxan, sən belə necə yaşayırsan?"

Sərxan Kamallının həyat yoldaşı Gülşən Kamallı isə onun son gününü xatırlayaraq həmin ağır anları belə təsvir edib:

Seçilən
84
2
publika.az

4Mənbələr