“Qarabağ” çempionat oyununda daha çox aqressiv olacaq və daha yaxşı hazırlaşacaqlar”.
Sportinfo.az xəbər verir ki, bunu “Şamaxı”nın hücumçusu Karim Rossi deyib.
Isveçrəli forvard Premyer Liqanın XIX turunda evdə “Qarabağ”la qarşılaşmaya yaxşı motivasiya ilə çıxacaqlarını bildirib:
“Kubokda bizə qarşı bir qədər fərqli heyətlə oynadılar. Çempionlar Liqasında oynamayan heyətə şans verdilər.
Bu, bizim lehimizə idi, lakin mübarizə önəmlidir. Yenə də biz öz işimizə fokuslanırıq.
Çalışacağıq həmin oyunda da qələbə qazanaq”.