AZ

Arbeloa Mbappeni dünyanın ən yaxşısı adlandırdı

“Real Madrid”in baş məşqçisi Alvaro Arbeloa “Valensiya” üzərində qələbədən sonra maraqlı fikirlər səsləndirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis “Mestaliya” səfərinin həmişə çətin keçdiyini bildirib.

“Bura gəlmək diş həkiminə getmək kimidir. Xüsusilə də “Real”a qarşı oynayanda onların motivasiyası çox yüksək olur”, - deyə Arbeloa vurğulayıb.

Arbeloa Kilian Mbappenin performansına xüsusi toxunub:

“Onun Kriştianu Ronaldu ilə eyni tempdə qol vurduğunu deyirlər. Düşünürdük ki, Ronaldu kimi biri bir daha olmayacaq, amma görünür, Kilian o istiqamətdə irəliləyir. Ronalduyu keçəcək? Bu, çox-çox çətindir, çünki Ronaldu yadplanetlidir. Amma bunu bacara biləcək biri varsa, o da Kiliandır. O, dünyanın ən yaxşı oyunçusudur və bunu hər matç sübut edir”.

Baş məşqçi Alvaro Karrerasın da oyununu yüksək qiymətləndirib:

“O, təkcə əla müdafiəçi deyil, həm də çox istedadlı hücumçudur. Hücumda bizə böyük kömək edir”.

Arbeloa etiraf edib ki, bu stadionda qələbələr nadir olur:

“Son 11 ildə burada cəmi üç dəfə qalib gəlmişik. Bu, çox ağır qələbə idi. Qazanmaq üçün səbir, fədakarlıq və pozitiv yanaşma lazım oldu”.

O, Trentlə ehtiyatlı davranacaqlarını, uzun fasilədən sonra ritm tutması üçün ona tədricən şans verəcəklərini bildirib.

Dani Karvahal barədə danışan baş məşqçi onun hər gün daha yaxşı məşq etdiyini, hətta komanda istirahətdə olanda belə bazada qaldığını bildirib:

“O, liderdir və bizim üçün çox vacibdir”.

İdman.Biz
Seçilən
71
idman.biz

1Mənbələr