AZ

Gürcüstanın Baş naziri: Avropa İttifaqı ilə münasibətlər dəyişməyib və aşağı səviyyədədir

Gürcüstanla Avropa İttifaqı arasındakı münasibətlər əvvəlki illərdə olduğu kimi, dəyişməyib və aşağı səviyyədə qalıb.

"Report" xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze "İmedi" telekanalına müsahibəsində bildirib.

"Ümid edirik ki, Avropa İttifaqı və onun bürokratiyası suverenliyini bərpa edə biləcək. Bu halda vəziyyət dəyişəcək, lakin hələlik vəziyyət Avropa bürokratiyası üçün çətin olaraq qalır. Nəticə etibarilə, münasibətlərimiz əvvəlki illərdəki səviyyədə qalır ki, bu da çox təəssüf doğurur", - deyə Kobaxidze bildirib.

Gürcüstan Nazirlər Kabineti rəhbərinin sözlərinə görə, ölkə bir neçə ildir ki, xarici təzyiqlərlə üzləşir.

Xatırladaq ki, 2024-cü ilin may ayında Gürcüstan parlamenti "Xarici Təsirlərin Şəffaflığı" haqqında qanunu qəbul edib və bu, ölkənin Aİ və ABŞ ilə münasibətlərinin pisləşməsinə səbəb olub. Aİ dəfələrlə Gürcüstan hakimiyyətini bu qanundan imtina etməyə çağırsa da, "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının liderləri qanunun məqsədinin ölkədə fəaliyyət göstərən QHT-lərin maliyyə axınlarının şəffaflığını təmin etmək olduğunu israrla bildiriblər.

Seçilən
68
far.az

1Mənbələr