AZ

Tofiq Musayev Las-Veqası fəth etməyə hazırlaşır: Rəqib və tarix bəlli olur

Azərbaycanın MMA ulduzu, "Turan pələngi" ləqəbli Tofiq Musayevin UFC-dəki növbəti döyüşünün detalları rəsmiləşmək üzrədir.

Fanat.Az xəbər verir ki, təmsilçimiz dünyanın ən nüfuzlu döyüş təşkilatında növbəti sınağına aprelin 4-də çıxacaq. ABŞ-ın Las-Veqas şəhərində (Nevada ştatı) keçiriləcək "UFC Vegas 115" turniri çərçivəsində Tofiq Musayevin rəqibi braziliyalı Samuel Sançes olacaq.

Yüngül çəki dərəcəsində (lightweight) baş tutacaq bu qarşılaşma hər iki döyüşçü üçün böyük əhəmiyyət kəsb edir. Tofiq Musayevin rəqibi olan Sançes peşəkar karyerası ərzində keçirdiyi döyüşlərin 11-də qələbə qazanıb və cəmi 1 məğlubiyyəti var. Braziliyalı "fayter" kifayət qədər təhlükəli rəqib hesab olunsa da, azarkeşlər Tofiqin bu maneəni də uğurla aşacağına inanırlar.

Xatırladaq ki, Tofiq Musayev UFC-də iyunun 21-də Bakıda debüt edib. Qırğızıstanlı Mıktıbek Oralbaya qarşı döyüşən həmvətənimiz birinci raundda gözlənilmədən ağrıdıcı fəndə düşərək təslim olub. Onun UFC rəhbərliyi ilə 4 döyüşlük müqaviləsi var.

Kamil Xudiyev

Seçilən
36
fanat.az

1Mənbələr