AZ

“Yuventus” “Latsio” ilə heç-heçə etdi

İtaliya A Seriyasının 2025/2026 mövsümünün 24-cü turu çərçivəsində “Yuventus” ilə “Latsio” arasında keçirilən qarşılaşma başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Turindəki “Allianz” stadionunda baş tutan oyunun baş hakimi Marko Quida olub. Görüş məhsuldar heç-heçə ilə yekunlaşıb – 2:2.

Matçda hesabı qonaq komandanın hücumçusu Pedro Rodriges 45+2-ci dəqiqədə açıb. Fasilədən dərhal sonra, 47-ci dəqiqədə “Latsio”nun forvardı Qustav İsaksen paytaxt təmsilçisinin üstünlüyünü iki topa çatdırıb. 59-cu dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Ueston Makkenni fərqi azaldıb. Qarşılaşmanın son saniyələrində, 90+6-cı dəqiqədə isə “Yuventus”un müdafiəçisi Pyer Kalyulyu hesabı bərabərləşdirib.

Hazırda “Yuventus” A Seriyasının turnir cədvəlində 24 oyundan sonra topladığı 46 xalla dördüncü pillədə qərarlaşıb. Turin təmsilçisinin lider “İnter”dən geri qalması 12 xaldır. “Latsio” isə 33 xalla səkkizinci mövqedə yer alır.

Seçilən
74
90deqiqe.az

1Mənbələr