AZ

Bu gün Milliyyətçi Hərəkat Partiyası yaradılıb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

9 fevral 1969-cu ildə Türkiyənin siyasi həyatında mühüm yer tutan partiyalardan biri olan Milliyyətçi Hərəkat Partiyası (MHP) yaradıldı.

MHP 9 fevral 1969-cu ildə Adanada keçirilən qurultay prosesində Alparslan Türkeşin liderliyi ilə formalaşıb. Tarixi məlumatlara görə, həmin günlərdə keçirilən toplantıda Cümhuriyyətçi Kəndli Millət Partiyasının adı dəyişdirilərək Milliyyətçi Hərəkat Partiyası kimi fəaliyyətə başlayıb.

Partiyanın nizamnaməsinə əsasən rəsmi qısaltma “MHP” formasındadır. Partiyanın tanınmış simvollarından biri üç aypara işarəsidir. MHP Türkiyədə milliyyətçi-siyasi xəttin aparıcı təmsilçilərindən sayılır və müxtəlif dövrlərdə parlament təmsilçiliyi, koalisiya təcrübəsi, eləcə də müxalifət fəaliyyəti ilə gündəmdə olub.

MHP-nin siyasi tarixində 1970-ci illər xüsusilə diqqət çəkir. Partiya 1973 və 1977-ci illərdə keçirilən seçkilərdən sonra koalisiya hökumətlərində təmsil olunacaq qədər mandat qazanıb. 1980-ci ildə Türkiyədə hərbi çevrilişdən sonra, digər siyasi qurumlarla yanaşı, MHP-nin də fəaliyyəti dayandırılıb, sonrakı illərdə isə siyasi proseslər çərçivəsində yenidən təşkilatlanma mərhələləri başlayıb.

1990-cı illərdən etibarən partiya yenidən parlament siyasətində görünən mövqeyə qayıdıb. Devlet Bahçeli 1997-ci ildən sonra partiya rəhbərliyində önə çıxıb, MHP isə 1999-cu il seçkilərində yüksək nəticə əldə etməklə Türkiyənin siyasi gündəmində mühüm təsir gücünə malik olub.

Seçilən
55
turkic.world

1Mənbələr