AZ

Meyvə yox, əsl “ANTİVİRUS”: Narın möcüzəvi faydaları AŞKARLANDI

Nar qrip və digər virusların qənimidir.

İnterpress.az xəbər verir ki, bu barədə tibb mütəxəssisləri məlumat yayıb.

Nar meyvə dünyasının əsl “antivirus”u hesab olunur.

Mütəxəssislərin araşdırmalarına görə, bu meyvə qrip, herpes və bir çox digər virusları məhv etmək qabiliyyətinə malikdir.

Narın həm dənələrində, həm də qabığında olan punikalaqin adlı polifenol maddəsi qrip virusunun orqanizmdə yayılmasına mane olur, immuniteti gücləndirir və yüksək hərarəti aşağı salır.

Lakin narın faydaları bununla bitmir; o, həmçinin herpes, salmonella və listeriya kimi təhlükəli infeksiyalarla da effektiv mübarizə aparır.

Lif və vitaminlərlə zəngin olan bu meyvə ürək-damar sağlamlığı, dəri gözəlliyi və həzm prosesinin yaxşılaşdırılması üçün olduqca əhəmiyyətlidir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
26
interpress.az

1Mənbələr