Əsrlər boyu itirilmiş sayılan Dəclə üzərindəki İsgəndəriyyə qədim dünyanın ən mühüm ticarət mərkəzlərindən biri olub və indi beynəlxalq tədqiqatçılar tərəfindən yenidən kəşf edilib. Şəhər eramızdan əvvəl IV əsrdə Makedoniyalı İskəndər tərəfindən Dəclə və Karun çaylarının qovuşuğunda, liman problemi səbəbilə salınıb. Sonralar Çarax Spasinu kimi tanınan bu metropol Mesopotamiya ilə Hindistan arasındakı uzunməsafəli ticarətin əsas qovşağına çevrilib.
QHT.az xəbər verir ki, 1960-cı illərdə ilk izlər aşkarlansa da, siyasi qeyri-sabitlik səbəbindən ərazi uzun müddət araşdırıla bilməyib. 2014-cü ildən sonra aparılan qeyri-invaziv tədqiqatlar şəhərin nəhəng divarlarını, planlı küçə şəbəkəsini, limanını və sənaye zonalarını üzə çıxarıb. Tədqiqatlar göstərib ki, şəhər 500 ildən artıq müddətdə regional və qlobal ticarətdə əsas rol oynayıb.
Dəclə çayının yatağının dəyişməsi şəhəri sudan ayırıb və bu da onun tədricən tərk edilməsinə səbəb olub. Alimlər hesab edirlər ki, şəhərin yenidən kəşfi qədim qloballaşma və ticarət şəbəkələri haqqında təsəvvürlərimizi köklü şəkildə dəyişdirir.
R.İmanov