AZ

Livanda beşmərtəbəli binanın uçması nəticəsində altı nəfər ölüb

Livanın şimalındakı Tripoli şəhərində beşmərtəbəli binanın uçması nəticəsində ən azı altı nəfər ölüb.

"Far.Az" xəbər verir ki, bu barədə Tripoli meri Əbdül Həmid Kərimə özünün X hesabında yazıb.

"Dağıntılar altında altı cəsəd tapılıb, daha yeddi nəfər isə sağ çıxarılıb. Onlar yaralanıb və xəstəxanaya aparılıblar. Xilasetmə işləri davam edir və qurbanların sayı arta bilər", - deyə o bildirib.

Kərimə vurğulayıb ki, o, hökumətdən son günlərdə güclü yağışlardan sonra iki yaşayış binasının uçduğu qədim Bab Tabbana məhəlləsini fəlakət zonası elan etməsini istəyib.

Baş nazir Nəvaf Salam ölənlərin ailələrinə başsağlığı verib və "səhlənkarlıq etmiş ola biləcək hər kəsi" məsuliyyətə cəlb edəcəyinə söz verib. O, müxalifəti "Tripolidəki dəhşətli faciədən eqoist siyasi məqsədlər üçün istifadə etmək cəhdlərindən" çəkinməyə çağırıb.

Seçilən
73
far.az

1Mənbələr