AZ

Hindistan ABŞ ilə sövdələşmələr üçün Rusiya neftindən imtina edir

Hindistan neft emalı zavodları mart-aprel aylarında çatdırılması üçün Rusiya neftini almaqdan yayınırlar.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Nəşr qeyd edir ki, Hindistan şirkətləri Rusiya nefti ilə sövdələşmələrdən yayınmağı davam etdirməyi planlaşdırırlar. Agentliyin mənbələrinə görə, bu addım Nyu-Dehlinin Vaşinqtonla ticarət razılaşmalarını əldə etməsinə kömək etmək məqsədi daşıyır.

Indian Oil, Bharat Petroleum və Reliance Industries şirkətləri artıq mart ayı üçün bir sıra Rusiya enerji tədarükünü planlaşdırıblar, lakin onlar erkən yaz üçün yeni müqavilələr bağlamırlar. Agentlik qeyd edir ki, digər neft emalı zavodlarının əksəriyyəti Rusiya neftini almağı dayandırıb.

Xatırladaq ki, ABŞ 7 fevral tarixindən etibarən Rusiya neftindən imtina etməsinə görə Hindistandan idxal edilən mallara tətbiq edilən əlavə 25% rüsumu ləğv edib.

Seçilən
80
1
far.az

2Mənbələr