AZ

"Enfild"də tempimizi itirdik, amma..."

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 25-ci turunda “Liverpul” üzərində 2:1 hesablı qələbədən sonra açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, "BBC" çalışdırıcının dediklərini belə çatdırıb.

“Bu, Premyer Liqanın möhtəşəm reklamı idi. İlk yarı həqiqətən yaxşı idi, ikinci yarıda isə bir az tempimizi itirdik. ‘Enfild’də belə hallar olur. Sonra daha birbaşa oynamalı olduq və topu itirərək çox passivləşdik.

Soboslainin zərbəsi necə oldu! Sonra isə kapitanımız Bernardo Silvanın sayəsində oyuna qayıtdıq. Ruh yüksəkliyi vardı, ümumilikdə ilk yarı çox yaxşı keçdi, ikinci yarıda isə bir az yorulduq. Marmuş və Holand passiv idilər, bu da işimizi çətinləşdirdi.

Matçın sonu? Hakim qolü saydı və evə getdik!” 

25 turdan sonra “Liverpul” 39 xalla 6-cı, “Mançester Siti” isə 50 xalla 2-ci pillədə qərarlaşıb.

Seçilən
37
90deqiqe.az

1Mənbələr