AZ

“Atletiko” evdə “Betis”ə uduzdu

İspaniya La Liqasının 23-cü turunda “Atletiko” və “Betis” üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, matç Madridin “Sivitas Metropolitano” stadionunda keçirilib və qonaqlar 1:0 hesabı ilə qalib gəlib. Baş hakim funksiyasını Mateo Buskets Ferrer yerinə yetirib.

Oyundakı yeganə qol 28-ci dəqiqədə “Betis”in yarımmüdafiəçisi Antoni tərəfindən vurulub.

23 turdan sonra “Atletiko” 45 xalla turnir cədvəlində 3-cü, “Betis” isə 38 xalla 5-ci pillədə qərarlaşıb.

Növbəti turda “Atletiko” səfərdə “Rayo Vallecano” ilə qarşılaşacaq, “Betis” isə eyni gün səfərdə “Mallorka” ilə oyuna çıxacaq (15 fevral).

Seçilən
47
90deqiqe.az

1Mənbələr