AZ

Suriya dənizdə neft-qaz ehtiyatlarının kəşfiyyatına başlamağı planlaşdırır

Suriya tezliklə dənizdə neft və qaz ehtiyatlarının kəşfiyyatına başlamağı planlaşdırır. Bu barədə “Chevron” və “Power International Holding” şirkətləri ilə anlaşma memorandumu imzalanıb.

“İki sahil” xəbər verir ki, Suriya Neft Şirkətinin korporativ kommunikasiya üzrə direktoru Safvan Şeyx Əhməd dənizdə kəşfiyyat əməliyyatlarına iki ay ərzində başlanacağını bildirib.

Safvan Şeyx Əhməd qeyd edib ki, memorandum texniki əməkdaşlıq və ilkin araşdırmalar üçün ümumi çərçivə rolunu oynayır. O əlavə edib ki, qiymətləndirmə işləri ixtisaslaşmış ekspertlərin iştirakı ilə həyata keçiriləcək və nəticələrə əsasən, təxminən səkkiz ay ərzində müsbət texniki və iqtisadi göstəricilər olduğu halda, saziş imzalanacaq.

Vurğulanıb ki, Suriya Tartusdan Latakiyaya qədər kəşfiyyat üçün ayrılmış beş dəniz blokuna malikdir.

Seçilən
41
2
ikisahil.az

3Mənbələr