AZ

İsveçrənin Kran-Montana memorialında yanğın baş verdi

BAKI, 8 fevral. TELEQRAF

İsveçrənin Kran-Montana kurortunda yanğını zamanı həlak olanların memorialında yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Valey kantonu polisi məlumat yayıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

"Xilasedicilərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb. Xəsarət alan yoxdur. Yanğın nəticəsində bir neçə xatirə əşyası zədələnib, ancaq memorial qorunub saxlanılıb", - polisin açıqlamasında bildirilir.

Əvvəlki məlumatlara görə, yanğın memorialın mərkəzində yerləşdirilmiş şamların səbəb olduğu ehtimal olunur, üçüncü şəxslərin iştirakı istisna edilir.

Seçilən
73
teleqraf.com

1Mənbələr