AZ

Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır

Reyting.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya Avropaya hücum etmək niyyətində deyil, lakin lazım gələrsə, tammiqyaslı hərbi cavab verməyə hazırdır.

Reyting.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov NTV kanalına müsahibəsində bildirib.

S. Lavrov deyib ki, Rusiyanın Avropaya hücum etməyə qətiyyən ehtiyacı yoxdur:

“Əgər Avropa qəfildən bizə qarşı müharibəyə hazırlaşmaq üçün təhdidlərini həyata keçirərsə və Rusiya Federasiyasına hücuma başlayarsa, prezident bildirib ki, bu, bizim tərəfimizdən xüsusi hərbi əməliyyat deyil, müvafiq doktrinal sənədlərə uyğun olaraq bütün mövcud hərbi vasitələrdən istifadə edərək tammiqyaslı hərbi cavab olacaq".

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin dekabr ayında "İlin icmalı" verilişində “Rusiya Avropa ilə müharibə etmək niyyətində olmayıb və belə bir niyyəti də yoxdur. Əgər Avropa qəfildən müharibəyə başlayarsa, Rusiyanın buna hazır olduğuna şübhə ola bilməz”,- demişdi.

E. KAMAL

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
2
reyting.az

3Mənbələr