NOCOMMENT.az vəzifə tutan uğurlu xanımlarla bağlı növbəti yazını təqdim edir.
Bu dəfə bəhs edəcəyimiz şəxslər Xəzər Universitetinin qurucusu, tanınmış professor Hamlet İsaxanlının qızları ilə bağlıdır.
Xəzər Universitetinin qurucusu, tanınmış professor Hamlet İsaxanlının qızları hazırda fərqli sahələrdə fəaliyyət göstərirlər.
NOCOMMENT.az xəbər verir ki,böyük qızı Aygün İsayeva Xəzər Dünya Məktəbinin direktoru vəzifəsində çalışır. O, məktəbin idarə olunması və təhsil prosesinin təşkili ilə məşğuldur.

Ülkər İsayeva isə Xəzər Universitetinin prorektorudur. O, universitetin idarəetmə strukturu çərçivəsində fəaliyyət göstərir.

Digər qızı Zeynəb İsayeva tibbi sahədə çalışır. Hazırda Türkiyənin Ataşəhər Xəstəxanasında fəaliyyətini davam etdirir.

Aytən İsayeva isə Londonda yaşayır və yoqa sahəsi ilə məşğuldur.

Hamlet İsaxanlının həyat yoldaşı Nailə İsaxanlı 2021-ci il aprel ayının 3-də vəfat edib. O, uzun müddət xəstəlikdən əziyyət çəkib. Nailə İsayeva 1947-ci il mayın 29-da Quba şəhərində doğulmuş, təhsil sahəsində fəaliyyət göstərmiş və “ Xəzər Dünya” məktəbinin qurulmasında mühüm rol oynamışdı.

Qeyd edək ki, Hamlet İsaxanlının qızları müxtəlif ölkə və sahələrdə peşə fəaliyyətlərini davam etdirirlər. /Oxu24.com/