AZ

Ərinin zarafatca "meymun" adlandırdığı model intihar etdi

Hindistandan olan 23 yaşlı model Tannu Sinqh, ərinin onu ailəsinin gözü qarşısında "meymun" adlandırmasından sonra intihar edib.

Moderator.az xəbər verir ki, bu barədə "The Times of India" nəşri məlumat yayıb.

Qeyd edilib ki, gənc qadın təxminən dörd il idi ki, bir taksi sürücüsü ilə evli idi.

Hadisə çərşənbə günü günorta saatlarında, cütlük, qadının bacısı və azyaşlı oğlunun evdə olduğu vaxt baş verib. Söhbət zamanı həyat yoldaşı və bacısı onunla zarafat etməyə başlayıblar və bu əsnada əri onu "meymun" adlandırıb.

Bu təhqir gənc modeli dərindən sarsıdıb və o, səssizcə otaqdan çıxıb. Bir qədər sonra bacısı onu axtarmağa gedib və Tannunun özünü otağa kilidlədiyini görüb. Bacısı pəncərədən içəri baxarkən Tannunun cansız bədəni ilə qarşılaşıb.

Qohumları və qonşuları onu xəstəxanaya çatdırsalar da, həkimlər artıq ölüm faktını təsdiq ediblər.

 

(publika)

Seçilən
41
2
moderator.az

10Mənbələr