AZ

Türkiyə yığmasının üzvü Qalatasaray lı olduğu üçün Fənər ondan imtina etdi

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

''Fənərbaxça''nın qış transfer dönəminin son günündə karyerasını ''Portu''da davam etdirən Türkiyə yığmasının üzvü Dəniz Gülün transferinə cəhd etdiyi məlum olub. Bu xəbəri ''Təqvim'' nəşri paylaşıb. Mənbənin yazdığına inansaq, İstanbul nəhəngi ilə futbolçunun meneceri arasında maraqlı dialoq yaşanıb. ''Sarı-lacivərdlilər'' 21 yaşlı forvardın menecerinə zəng vuraraq ondan transferin şərtləri ilə maraqlanıblar. Menecerin cavabı isə belə olub:

''Dəniz uşaqlıqdan ''Qalatasaray''lıdı və Türkiyədə başqa klubda oynamaq istəmir''.

Bu cavabın ardından ''Fənərbaxça'' birdəfəlik bu futbolçudan vaz keçmək qərarına gəlib. Bu transfer dönəmində Dəniz Gül ''Qalatasaray''ın gündəminə gəlsə də, Türkiyə çempionu bu keçiddə israr etməmişdi. Amma hadisələrin bu cür axarından sonra ''sarı-qırmızılar''ın mövsümün sonunda ''Portu'' ilə ciddi danışıqlara başlayacağı güman edilir. İsveçdə doğulan və ''Hammarbü''nün yetirməsi olan Dəniz Gül 2024-dən ''Portu''nun şərəfini qoruyur. Transfer dəyəri 6 milyon avro civarında olan və ''Portu'' ilə 2029-a qədər müqaviləsi olan hücumçu bu mövsüm 25 rəsmi oyunda aktivinə 4 qol, 1 məhsuldar ötürmə yazıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
1
icma.az

2Mənbələr