AZ

Ölkə futbolu ancaq “Qarabağ”dan aslı deyil Valdas Dambrauskas

ain.az, Footbal-plus saytına istinadən bildirir.

Misli premyer-liqasının 19-cu turunda “Sabah” “Araz Naxçıvan”ı məğlub etdi - 4:1. Oyunsonrası mətbuat konfransında Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas iştirak etdi.- Oyunçularımı təbrik edirəm. Möhtəşəm qələbədi. İstəkli və ac idilər. “Zirə” və “Araz-Naxçıvan” top komandadı. Yaxşı məşqçi komandalarıdı. Onlara qalib gəldik. Azarkeşləri təbrik edirəm. Amma çox olmaqlarını istəyirəm. Rəhbərliyimizi də təbrik edirəm. İkinci yarıda təşəbbüsü itirsək də, sonradan ələ aldıq. Daha çox qol vura bilərdik. 4-cü qolumuz möhtəşəm idi. Bir az üzgünük. Qol buraxmaq istəmirdik. - “Neftçi” - Qaranağ” oyununun təxirə salınmasına münasibət bildirmək istəyirsiz? - Xeyr. Bu mənə aid sual deyil. Üzrlü sayın, amma bu yanlışdı. Ölkə futbolu ancaq “Qarabağ”dan aslı deyil. - Mən ona görə soruşuram ki, bu sıx qrafikdə “Qarabağ” xal itirsə, siz çempionluğa bir addım da yaxınlaşacaqsız. - Bu hörmətsizlikdi. Mən “Qarabağ”da işləmirəm. Gedin AFFA-dan soruşun.MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
1
icma.az

2Mənbələr