AZ

Qalatasaray lı futbolçunun müqaviləsi avtomatik yeniləndi

ain.az, Footbal-plus portalına istinadən məlumat verir.

''Qalatasaray''ın təcrübəli üzvü Mario Leminanın müqavilə müddətinin avtomatik olaraq bir il yeniləndiyi məlum olub. Sən demə bu futbolçunun müqaviləsində xüsusi maddə var imiş. "Football-plus.az" xəbər verir ki, o, bu mövsüm Türkiyə çempionatında ən azı 15 oyuna çıxacağı təqdirdə müqaviləsi yenilənəcəkdi. Qabonlu oyunçu artıq superliqada 16 oyuna çıxıb. Yəni onun müqaviləsi 2027-ci ildən 2028-ə qədər uzadılıb. Maaşa gəlincə onun illik qazancı 2,5 milyon avrodu. Leminanın eyni pulu almaqda davam edəcəyi gözlənilir. 32 yaşlı universal futbolçu Okan Buruk üçün önəmli isimlərdən biridi. Buruk onu bəzən dayaq yarımmüdafiəçisi kimi, lazım gəldikdə isə mərkəz müdafiəçisi kimi oynadır. Lemina ''Qalatasaray''a ötən mövsümün qış fasiləsində 2,5 milyon avroya ''Vulverhempton''dan gəlib. O, cari mövsümdə 26 rəsmi oyunda iştirak edərək aktivinə 1 məhsuldar ötürmə yazıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
1
icma.az

2Mənbələr