AZ

Şortlarını dəyişik salıb oyuna çıxdılar

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Misli Premyer Liqasında baş tutan “Sumqayıt” - “Zirə” (2:3) matçında qəribə hadisə qeydə alınıb.

Redaktor.az xəbər verir ki, “Zirə”nin heyətində iki futbolçunun geyimi azarkeşlərin diqqətindən qaçmayıb.

Belə ki, komandanın müdafiəçiləri Anqe Mutsinzi və Enrike Gelain meydanda bir-birilərinin nömrələrini daşıyan şortlarla mübarizə aparıblar. Oyun zamanı Gelain Mutsinziyə məxsus 25 nömrəli, Mutsinzi isə Gelainə aid olan 5 nömrəli şortu geyinib. Futbolçuların formalarındakı nömrələrlə şortlarındakı nömrələrin uyğun gəlməməsi isə texniki xəta kimi qiymətləndirilir.

Qeyd edək ki, futbolçuların geyim dəsti və üzərindəki nömrələr protokolda qeyd edilən rəqəmlərlə üst-üstə düşməlidir. Bu cür texniki qüsurlara görə klubların AFFA İntizam Komitəsi tərəfindən maliyyə sanksiyasına məruz qalması ehtimalı yüksəkdir.

Xatırladaq ki, “Zirə” hazırkı duruma görə, turnir cədvəlində 32 xalla 3-cü yerdə qərarlaşıb. “Sumqayıt” isə 30 xalla beşinci yerdədir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
48
1
redaktor.az

2Mənbələr