AZ

İstədiklərimizi reallaşdırmaq üçün zaman lazımdır Andrey Demçenko

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Misli Premyer Liqasında 19-cu tur start götürüb.

Fanat.Az xəbər verir ki, lider “Sabah” “Araz-Naxçıvan”ı qəbul edib. Masazırdakı matçda meydan sahibləri darmadağına seviniblər.

Matçdan sonra keçirlən mətbuat konfransında Naxçıvan təmsilçisinin baş məşqçisi Andrey Demçenko fikirlərini jurnalistlərlə bölüşüb:

"Yaxşı, təşkilatlanmış komandaya qarşı oynadıq. Səhvlərimizdən qollar buraxdıq. Oyunu rəqibim meydanında qurmağa çalışdıq, amma pressinq edən zaman səhvlərə yol verdik. "Neftçi" ilə oyunda da belə oldu. Sanki futbolçularda həyəcan var idi. Həyəcan isə hər zaman işini keyfiyyətli görməyə, dəqiq qərar verməyə imkan vermir.

Bu gün komanda olaraq uduzduq. Meydanda olanlardan kimisə seçmək, fərqləndirmək istəmirəm. Taktiki cəhətdən istədiklərimizi reallaşdırmaq üçün zaman lazımdır".

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
1
fanat.az

2Mənbələr