ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İstanbulda keçirilən əməliyyat zamanı aktyor Menderes Utku saxlanılıb.Demokrat.az xəbər verir ki, Türkiyə mediasının yaydığı məlumata görə, polis Beşiktaşın Bebek səmtində yerləşən “ClubHouse” adlı məkanda narkotiklə bağlı əməliyyat keçirib. Axtarış zamanı klubun sahibi olduğu bildirilən Menderes Utku da daxil olmaqla bir neçə nəfər gözaltına alınıb. Araşdırmalar çərçivəsində Utku barəsində narkotik maddələrin dövriyyəsi ilə bağlı ittihamlar irəli sürülüb.Məhkəməyə çıxarılan Menderes Utku barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı istintaq davam edir.Qeyd edək ki, Menderes Utku 1970-ci illərdə çəkilən Yeşilçam filmlərində canlandırdığı “Afacan” obrazı ilə tanınmışdı.Kənan
Demokrat.az


Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.