AZ

Belarus millisinin üzvünün transferi yaya qaldı yeni mövsümdən Azərbaycanda oynaya bilər

ain.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Belarus milli komandasının hücumçusu Vitali Lisakoviçin karyerasını Azərbaycanda davam etdirmək şansının olması barədə xəbər vermişdik.

Sportal.az saytına verilən məlumata görə, belaruslu hücumçu Premyer Liqamızda oynamağa razılıq verib.

Lakin onu istəyən klubumuz bu transferi yayda reallaşdırmağa üstünlük verib.

Adı açıqlanmayan Premyer Liqa klubu 27 yaşlı mərkəz hücumçusunu razı salmağı bacarıb. Amma Lisakoviç özünə klub tapacağı təqdirdə, Azərbaycan klubunu gözləməyəcək.

Yaya qədər klubsuz qalacağı təqdirdə, yeni mövsümə ölkəmizdə başlayacaq.

“Şaxtyor”(Soliqorsk), “Rudeş”, “Varajdin”, “Lokomotiv”(Moskva), “Rubin”,”Baltika” klublarında oynamış Lisakoviç son dəfə “Çelye”nin formasını geyinib.

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
1
sportal.az

2Mənbələr