ain.az bildirir, Idman.biz portalına istinadən.
Türkiyənin "Qalatasaray" klubu səfərdə “Çaykur Rizespor” üzərində inamlı qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, Super Liqanın 21-ci turunda keçirilən görüşdə İstanbul təmsilçisi rəqibini 3:0 hesabı ilə məğlub edib.
Hesab 19-cu dəqiqədə açılıb. Barış Alper Yılmazın baş zərbəsi qapıçı Fofananın yanından keçərək tora daxil olub. 62-ci dəqiqədə Barış Alperin sağ cinahdan ötürməsini Yunus Akgün havada başla tamamlayıb. 73-cü dəqiqədə fərq üç topa çatıb. Noa Lanqın pasından sonra Viktor Osimhen müdafiəçilərdən sıyrılıb, qapıçını aldadaraq dar bucaqdan dəqiq zərbə vurub.
Xallarını 52-yə yüksəldən İstanbul klubu turnir cədvəlinin zirvəsində yer almaqda davam edir. Rize təmsilçisi isə 20 xalla 12-cidir.
Növbəti turda “Qalatasaray” öz meydanında “Eyüpspor” ilə üz-üzə gələcək. “Çaykur Rizespor” isə səfərdə “Gənclərbirliyi” ilə qarşılaşacaq.
18:43
Türkiyə Super Liqasının 21-ci turunda "Eyüpspor" ilə "Başakşehir" arasında keçirilən qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, “Başakşehir” rəqibini 2:1 hesabı ilə məğlub edərək məğlubiyyətsiz oyunlar seriyasını səkkiz matça çatdırıb.
Qalib komandaya üstünlüyü 14-cü dəqiqədə Davie Zelke gətirib. 53-cü dəqiqədə Eldor Şomurodov fərqi artırıb. Meydan sahiblərinin yeganə qolu isə 90+3-cü dəqiqədə Umut Bozokdan gəlib.
Bu nəticədən sonra Nuri Şahinin rəhbərlik etdiyi kollektiv xallarını 33-ə yüksəldib. "Eyüpspor" isə 18 xalla qalıb.
Növbəti turda "Başakşehir" öz meydanında "Beşiktaş"ı qəbul edəcək, "Eyüpspor" isə səfərdə "Qalatasaray"la üz-üzə gələcək.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.