AZ

Azərbaycan sumo tarixində ilk FOTO

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan sumoçusu Hüseyn Ağayev 7-8 fevral tarixlərində Tokio şəhərində təşkil olunan “Hakuho Cup” turnirində çıxış edib.

İdman.Biz xəbər verir ki, bu yarış Azərbaycan sumosu üçün tarixi əhəmiyyət daşıyıb. Belə ki, ilk dəfə idmançımız sözügedən nüfuzlu turnirdə qüvvəsini sınayıb.

Hüseynin mübarizə apardığı çəki dərəcəsində ümumilikdə 361 sumoçu medallar uğrunda tatamiyə çıxıb. Azərbaycan təmsilçisi ilk üç qarşılaşmada parlaq qələbələr qazanıb. Rəqiblərdən ikisi Yaponiya, biri isə Braziliya idmançısı olub.

O, dördüncü görüşdə yapon rəqibinə uduzaraq turnirlə vidalaşıb.

Bununla belə, mötəbər yarışda iştirak və nümayiş etdirilən əzmkarlıq Hüseyn Ağayevin Azərbaycan sumosu adına vacib uğura imza atması kimi qiymətləndirilir.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
1
icma.az

2Mənbələr