AZ

Seriya A: “Leççe” son dəqiqədə sevindi YENİLƏNİR

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İtaliyanın "Leççe" klubu A Seriyasının 24-cü turunda doğma meydanda "Udineze"ni qəbul edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ev sahiblərinin heyətində qolları beşinci dəqiqədə Omri Qandelman və 90-cı dəqiqədə Lamek Banda vurublar. Qonaqlarda isə penalti zərbəsini Omar Solet dəqiq yerinə yetirib.

Bu nəticədən sonra "Leççe" xallarını 21-ə çatdıraraq turnir cədvəlində 17-ci pilləyə yüksəlib. "Udineze" isə 32 xalla 9-cu sırada qərarlaşıb.

17:45

İtaliya A Seriyasının 24-cü turunda “Bolonya” və “Parma” komandaları arasında keçirilən görüşə qonaqlar 1:0 hesabı ilə qalib gəlib.

“Bolonya” 22-ci dəqiqədən etibarən azlıqda oynayıb. 79-cu dəqiqədə “Parma” da azlıqda qalıb.

İdman.Biz xəbər verir ki, matçda yeganə qol uzatma dəqiqələrində vurulub. “Parma”nın futbolçusu Kristian Ordonez fərqlənib.

Qələbədən sonra “Parma” xallarını 26-ya çatdıraraq 14-cü sıraya yüksəlib. “Bolonya” isə 30 xalla 10-cudur.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
55
icma.az

1Mənbələr