AZ

Benyamin Karl qazandığı qızıl medalla olimpiada tarixinə düşdü

Benyamin Karl qazandığı qızıl medalla olimpiada tarixinə düşdü

İtaliyanın ev sahibliyi ilə keçirilən Milano-Kortina 2026 Qış Olimpiya Oyunlarında snoubordun kişilər arasında paralel böyük slalom kateqoriyasında avstriyalı idmançı Benyamin Karl qızıl medal qazanaraq adını olimpiada tarixinə yazdırmağı bacarıb.

İtaliyada təşkil olunan yarışın ikinci günündə kişilər arasında paralel böyük slalom mübarizələri Livinyo Qar Parkında keçirilib. Final yarışında finiş xəttini cənubi koreyalı Kim Sanq-kyumdan 0.19 saniyə öndə keçən Benyamin Karl bu növdə ardıcıl ikinci olimpiya qızıl medalını qazanıb.

Bu qələbə ilə Karl, 4 olimpiya medalına sahib olan ilk snoubord idmançısı kimi tarixə düşüb. Onun karyerasındakı bu uğur snoubord idman növündə yeni bir rekord olaraq qeydə alınıb.

Yarışın digər nəticələrinə əsasən:

Kim Sanq-kyum (Cənubi Koreya) – Gümüş medal;Tervel Zamfirov (Bolqarıstan) – Bürünc medal.

Üçüncülük mübarizəsində bolqarıstanlı Tervel Zamfirov sloveniyalı Tim Mastnakı geridə qoyaraq fəxri kürsünün sonuncu pilləsinə qalxmağı bacarıb.

Seçilən
16
afn.az

1Mənbələr