“Fənərbaxça” yarımmüdafiəçi Anderson Taliska ilə müqavilənin müddətini uzadıb.
Msport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi 2028-ci ilin yayına qədər İstanbul klubunun şərəfini qoruyacaq.
Taliska karyerası ərzində “Beşiktaş”, “Benfika”, “Quançjao”, “Əl-Nəsr” kimi komandaların heyətində çıxış edib.
Yarımmüdafiəçi “Benfika”nın heyətində iki dəfə Portuqaliya çempionu olub.