ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Venesuela Prezidenti Nikolas Maduronun oğlu Ernesto Maduro Gerra ABŞ tərəfindən atasının oğurlanmasından sonra onunla ilk dəfə telefonla danışıb.
Moderator.az xəbər verir ki, o, Maduronun xalqa müraciətini çatdırıb.
“Bu gün biz bir ailəyik və qayıdanda hər birinizi şəxsən qucaqlayıb öpəcəyəm”, - deyə Maduronun oğlu bildirib.
Qeyd edək ki, 3 yanvar tarixində ABŞ Venesuelada genişmiqyaslı hərbi əməliyyat keçirərək ölkə prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Silia Floresi saxlayaraq ölkədən aparıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.